Siyasət
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün vaxtı məlüm oldu

Ermənistan və Azərbaycan Xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarovun görüşü iyulun 11-də Avstriyadakı Mauerbax şəhərində baş verəcək.
Bu haqda “Ria Novosti” məlümat verir.
“Ölkələrin xarici işlər nazirlərinə ATƏT ölkələrinin xarici işlər nazirlərinin qeyri rəsmi görüşü çərçivəsində iyulun 11-də Avstriya Mauerbax şəhərində görüşməyi təklif edilib.
Gözlənir ki, Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə vasitəçilər də görüşdə iştirak edəcək”,- deyə agentliyi məlümat verir.