İctimaiyyət

Fərman Ceyranlının vəkili: ‘Siyasi sifarişlə saxlanıb’

Gürcüstanda həbs olunan azərbaycanlı cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlının vəkili Natalia Bezhashvili hesab edir ki, o, siyasi sifarişlə cəzalandırılıb. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki «Lancet»də müayinə və müalicəsinə şərait yaratmasıdır. Vəkil iyunun 30-da bu haqda yaydığı bəyanatda bildirib.

Müdafiəçi deyir ki, F.Ceyranlı haqqında cinayət işinin materialları ilə tanış olanda «dəhşətə gəlib»:

«Bəlkə də Gürcüstanın tarixində belə rüsvayçı məhkəmə qərarına rast gəlinməyib. Fərman Ceyranlının vəzifəsi klinikanın direktoru kimi göstərilir. Halbuki, klinikanın direktoru başqasıdır, o isə «Lancet»in təsisçisidir, heç bir cavabdehlik daşımır».

F.Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Daha çox göstər
Back to top button