Siyasət

Serj Sarkisyan Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianı qəbul edib

ER Prezidenti Serj Sarkisyan Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianı qəbul edib. Dövlət başçısı nazirin Ermənistana etdiyi səfərinə və bunun çərçivəsində keçirilmiş erməni-gürcü biznes forumuna əhəmiyyət verib. Prezident qeyd edib ki, bu səfər ikitərəfli ticarət və iqtisadi əlaqələrinin gələcək inkişafı üçün yeni təkan olacaq.

Dövlət başçısı və Gürcüstan İqtisadiyyat və davamlı inkişaf naziri ikitərəfli ticarət və iqtisadi əlaqələrinin inkişafı, qarşılıqlı maraq doğuran bir neçə sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etdilər. İki tərəf də üçüncü ölkələr bazarlarına girmə, birgə ixracat layihələri həyata keçirmə məsələləri ilə bağlı qarşılıqlı dəstəyə əhəmiyyət veriblər. Ermənistan və Gürcüstan müxtəlif integrasiya proseslərinə cəlb olundular (ER AİB-in üzvü, Gürcüstan isə, Aİ ilə Assosiasiya Sazişi)  və  bu proseslər çərçivələrində də əməkdaşlıqlarını inkişaf etdirmək üçün böyük potensialları vardır.

Daha çox göstər
Back to top button