Beynəlxalq

Vətəndaş cəmiyyətinin problemlərini həll etmək üçün Azərbaycana vaxt verildi

Açıq Hökümət Tərəfdaşlığında Azərbaycanın qeyri-aktiv üzvlüyü uzadıldı

İqtisadçı alim Qubad İbadoğlu Facebook statusunda iyunun 27-28-də Vaşinqtonda Açıq Hökumət Tərəfdaşlığı ilə bağlı keçirilən toplantıdan yazıb. Həmin toplantıda Azərbaycandakı vəziyyət müzakirə olunub və ölkəmizin daha 1 il qeyri-aktiv üzvlükdə saxlanılması qərara alınıb.

– İyunun 27-28-də Vaşınqtonda Açıq Hökümət Tərəfdaşlığının (AHT)Rəhbər Komitəsinin toplantısında Azərbaycandakı mövcud vəziyyət müzakirə olunub və Azərbaycanın daha 1 il qeyri-aktiv üzvlükdə saxlanılması qərara alınıb. AHT rəhbər komitəsinin 22 üzvündən 19-u bu qərarın lehinə, 1 üzv əleyhinə səs verib və 2 üzv isə bitərəf qalıb. Beləliklə də Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinin qaldırdığı narahatlıqları həll etmək üçün daha 1 illik vaxtı olacaq.
AHT Rəhbər Komitəsi Standartlar və Meyarlar üzrə alt komitəyə tapşırıb ki, bu ilin sentyabrın 15-dək həll edilməmiş problemləri aradan qaldırmaq məqsədilə vətəndaş cəmiyyəti və hökumətlə məsləhətləşmə aparıb yenilənmiş bir sıra tələblər hazırlasın. Eyni zamanda Rəhbər Komitə qərara alıb ki, Azərbaycan hökumətinə verilən əlavə 12 aylıq vaxt məsləhətləşmə başa çatandan sonra hesablanacaq.
AHT Rəhbər Komitənin yaydığı bəyanatda həmçinin qeyd olunur ki, Azərbaycan qeyri-aktiv statusunda qalaraq seçkilərində səs vermək hüququ  olmayacaq və yalnız AHT tədbirlərinə öyrənmə məqsədləri üçün müşahidəçi statusunda qatılacaq. Bununla yanaşı Azərbaycana AHT İşçi Qrupları, çoxtərəfli tərəfdaşlar və qarşılıqlı səfər mübadiləsi daxil olmaqla, Rəhbər Komitə və Dəstəkləmə Bölməsi texniki yardımlar göstərəcək.
azadliq.info

Daha çox göstər
Back to top button