İctimaiyyət

Arif Məmmədov “Bu siyasi sistemin gələcəyi yoxdur”

2015-ci ilin iyununda Arif Məmmədov Bakıda çoxmərtəbəli evin sakinlərlə birlikdə yandığı haqqında videogörüntüləri gördükdə facebook-da qəlbinin səsini paylaşdıqdan sonra Azərbaycan XİN onu İslam Konfransı Təşkilatında ölkənin nümayəndəsi vəzifəsindən istefa verməyə məcbur etdi.

“Bu faciə hər bir azərbaycanlının acısı və faciəsidir. Heç bir xalq belə biabırçılığa və ədalətsizliyə dözməz. Məmurlar xalqımızın iztirabından milyonlar qazanırlar, onlar xalqın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar!”deyə Məmmədov yazırdı.

2015-ci il mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğında 15 nəfər dünyasını dəyişib.

Məmmədovun facebook-dakı yazısını bəyənən beş diplomat DİN-dən qovulub. Bu hadisə Azərbaycanı bir daha biabır edib, onun təşəbbüskarları və təşkilatçıları isə az tanınan diplomatı məşhur mühacirə, Azərbaycanda demokratiya uğrunda mübarizə çevirməklə bu biabırçılığı bütün dünyaya yayıb.

Arif Məmmədov ailəsi ilə birlikdə Brüsseldə Belçika hökumətinin müdafiəsi altında yaşayır, jurnalist Əfqan Muxtarlının Tbilisidə Gürcüstan-Azərbaycan tərəfindən birgə oğurlanmasından sonra isə A.Məmmədovun Şengen zonasından kənara çıxması tövsiyə olunmur. Belçika hakimiyyəti Məmmədova mühafizə təklif edib, amma o, imtina edib.

A.Məmmədov İKT-də nümayəndə vəzifəsinə 2013-cü ildə təyin edilib. Ondan əvvəl Brüsseldə Azərbaycan səfiri və Azərbaycanın Aİ nəzdində daimi nümayəndəliyinin rəhbəri vəzifəsində işləyib. Keçmiş diplomat və hazırki siyasi mühacir Turan-ın suallarını cavablandırıb.

-Yəni, facebook-da, sizin dediyiniz kimi, 20 nəfərin oxuya biləcəyi adi qeyd sizin vəzifədən geri çağrılmanız və digər diplomatların işdən çıxarılması kimi qalmaqallı hadisəyə səbəb ola bilərdi?

– FB-dəki qeydim qəlbimin səsi idi, mən yanan evdə uşaqlarını xilas edə bilmədən qışqıran anaları gördükdə fikir bildirməyə bilməzdim. O yazı bizə qarşı hesablaşma üçün səbəb deyil, bəhanə oldu. Administrasiyada mənim “ovum” çoxdan gedirdi. Onlar mənim gizlincə onlara qarşı iş apardığımı düşünürdülər. Əslində isə mən AŞ və Aİ ilə münasibətlərin səviyyəsini əlimdən gəldiyi qədər yüksək saxlamağa çalışırdım. Turan-ın məlumatında yazılıb: “Xarici diplomatik mənbələrin məlumatına görə, Məmmədov Aİ və AŞ-da Azərbaycanın nümayəndəsi olarkən insan hüquqları ilə bağlı problemlərin həllinin və libera siyasi kurs yürüdülməsinin tərəfdarı olub”.

Daha çox göstər
Back to top button