İctimaiyyət

Azərbaycanda Polis Günündə polis özünü asdı

Vüsal Cəbiyev Daxili İşlər Nazirliyinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə polis alayının serjantı olub

Şabran rayonunda iki uşaq atası intihar edib.

Şabran şəhər sakini 1979-cu il təvəllüdlü Cəbiyev Vüsal Bahadur oğlu özünü yaşadığı evin həyətində asıb.

APA yazır ki, iki uşaq atası olan V.Cəbiyev Daxili İşlər Nazirliyinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə polis alayının serjantı olub.

Ancaq Vüsal Cəbiyevin hansı səbəbdən intihar etdiyi açıqlanmır, olay araşdırılır.

Sabiq prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günu kimi qeyd olunur.

Meydan.tv

Daha çox göstər
Back to top button