İctimaiyyət

Məscid söküntüsü zamanı saxlanan gənclərdən xəbər yoxdur

”Onları dünən gecə ”Hacı Cavad” məscidindən aparıblar”.

İyunun 30-da “Sovetski”də yerləşən “Hacı Cavad” məscidinin söküntüsünə etiraz edən gənc fəallar Tural Babayev və Ravin Aslanovun polis tərəfindən saxlanıldığı bildirilir.

Meydan TV-yə bu barədə onların yaxınları məlumat verib. Bildiriblər ki, yaxınlarından dünəndən bəri xəbər ala bilməyiblər:

“Harada olduqlarını, başlarına nə gəldiyini bilmirik. Onları dünən gecə “Hacı Cavad” məscidindən aparıblar. Hara apardıqları məlum deyil”.

Bu il aprelin 12-si Bakının Yasamal rayonu ərazisindəki “Hacı Cavad” məscidini sökmək istəmişdilər.

Lakin məscidin önünə toplaşan sakinlər buna etiraz etmişdi.

Daha çox göstər
Back to top button