“Mançester Yunayted”-də Mxitaryanın ən güzəl qolları

“Mançester Yunayted” saytında dərc edilmiş videoda Mxitaryanın qolları “qırmızı cinlər” içində təqdim edilir (Videoya burada baxın http://twii.edgeboss.net/download/twii/manutd/video_mufc_20170630_miki_atg.mp4 ) .
“”Mançester Yunayted”-də Ermənistan komandasının futbolçusu Henrix Mxitaryanınkeçdiyi birinci sezon ilə bağlı yalnız bir şey düşə bilirik. O mükəmməl qollar vurur. Əlbəttə Mxitaryanın “Sanderlend” – ə vurduğu qol sezonun, həm də ayın ən yaxşı qollarından biridir”,- deyə saytda yazılır.
Erməni yarım müdafiəçisi sezonu 11 qolla yekunlaşdırıb. Mxitaryan bunlardan 6 qolu Avropa ligasında vuraraq, Mançester Yunaytedin qələbəsini və Çempionlar ligasında komandasının iştirakını təmin edib.
2016-cı ildə Mxitaryan Dortmund “Borusiya”- dan “qırmızı cinlər”-ə gəlib. Yarım müdafiəçinin transferi üçün komanda 42 mln avro verib.