İctimaiyyət

Vəkil Mövsüm Səmədova yeni təzyiqlər olduğunu bildirir

Vəkil Yalçın İmanov 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədova qarşı yeni təzyiq halları haqqında danışıb.

O, Səmədovun həyat və sağlanlığına görə narahatdır.

İyulun 1-də vəkil Yalçın İmanov cəzaçəkmə müəssisəsində Səmədovla görüşüb.

İmanov Turan-a bildirib ki, sən demə Səmədov yenidən 10 günlük karserə salınıb və oradan iyunun 30-da çıxıb.

Səmədov və digər məhbuslar karserdə məhbuslardan birinin əlləri və ayaqları bağlanmış şəkildə saxlanıldığını öyrəniblər. Onlar nəzarətçilərdən məhbusun əl-ayağının açılmasını xahiş ediblər. Amma cəzaçəkmə müəssisəsinin rəhbərliyi Səmədovun əməllərində “daxili intizam qaydalarının pozuntusu” olduğunu düşünüb və onu 10 günlük karserə salıb.

Bundan başqa, karserdən çıxdığı günün ertəsi Səmədov barəsində guya kamerada yoxlama zamanı onun üzərindən “ip” çıxığı haqqında akt tərtib edilib. Əslində isə bu, kiçik Quranı asmaq üçün incə ip olub. Akt tərtib edilməsinə baxmayaraq, hələlik Səmədova hansı cəzanın veriləcəyi məlum deyil.

“Səmədovun qapalı həbsxanaya köçürülməsi haqqında qərar qəbul edildikdən sonra belə onu rahat buraxmırlar. Cəzaçəkmə müəssisəsində cərimə, intizam cəzası tədbirlərinin davam etməsi suallar, Səmədova qarşı yeni planların və təhlükələrin ola biləcəyi haqqında ciddi şübhələr doğurur”, deyən vəkil müvəkkilinin həyat və sağlamlığına görə narahat olduğunu bildirib.

Azərbaycan Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb.

Daha çox göstər
Back to top button