Təhlil

Azərbaycan terrorçuların silahlanması üçün 350 diplomatik uçuş aparıb

Bolqarıstanın ən böyük tirajlı qəzeti olan “Trud” öz saytında iyulun 2-də bir qalmaqallı araşdırma nəşr edib. Araşdırmada faktlar və açıqlanmış sənədlərə əsasən dünyanın müxtəlif hissələrində işləyən islamçı terrorist qruplarının silahlanmasında Azərbaycan dövlət orqanlarının cəlb olunması aşkar edilib.

Məqalə yazarı Dilyana Qaytanciyevanın araşdırma materialında Azərbaycanın “Silk Way Airlines” dövlət şirkəti tərəfindən diplomatik yük adı altında Suriya, İraq, Əfqanıstan, Pakistan və Konqoya silahın qanunsuz və böyük miqyaslı ixracatına və satışına txonunulur.

Məqalə bolqar hakerlərinin Anonymus Bulgaria qrupu tərəfindən Azərbaycanın Sofiyadakı səfirliyinin saytı qırmaqdan sonra sənədlərin ortaya çıktığında nəşr edilmişdir. Məqalə yazarı qeyd edir ki, son üç il ərzində Azərbaycan şirkəti diplomatik sis pərdəsi ilə gizlənərək dünyanın müxtəlif isti nöqtələrinə onlarla ton silah və sursat göndərib. Bu silahların böyük hissəsi terror təşkilatları tərəfindən tətbiq olunub. Məqalə yazarı həmçinin qeyd edir ki, Azərbaycanın daşındığı silahın bir hissəsi Dağlıq Qarabağda da tətbiq oluna bilmişdi. 2016-cı ildə Azərbaycan Müdafiə Nazirliyinin guya erməni tərəfindən ağ fosfor istifadə etməsinə dair bəyanatının həqiqətə uyğun olmadığını Faktlarla sübüt edilir.

Azərbaycanlı hərbçilərinin guya tapılmış qumbara bütün ehtimalla qanunsuz daşınmış silahlardan idi. Azərbaycan Müdafiə Nazirliyinin ünvanından istifadə edərək dövlət şirkəti qanunsuz fəaliyyət göstərib. Bu isə Bakı yüksək hakimiyyətinin icazəsi olmadan qeyri-mümkün olardı.

Daha çox göstər
Back to top button