Siyasət

ER Prezidenti: ABŞ-nın DQ məsələsinin nizamlanması prosesində aktiv cəlbi istənilən nəticəyə gətirə bilər

ABŞ ilə qarşılıqlı hörmət və etimada əsaslanan yaxın, güclü tərəfdaşlıq və dostluq əlaqələrimiz vardır. Bu haqda ABŞ müstəqilik günü münasibətilə Donald Trampa göndərilmiş ER Prezidenti Serj Sarkisyanın təbrik məktubunda deyilir.

“2017-ci il bizim ikitərəfli əlaqələrimizdə Ermənistan və Birləşmiş Ştatlar arasında diplomatik əlaqələrinin 25-ci il dönəmidir. Bu gün şübhəsiz qeyd edə bilirik ki, keçmişdə qarşılıqlı hörmət və etimada əsaslanan yaxın, güclü terefdaşlıq və dostluq əlaqələri qura bildik. Mən məmnuniyyətlə qeyd edirəm ki, dinamik siyasi dialoqumuz var və bu qarşılıqlı faydalı olan əməkdaşlığın genişlənməsinə və ticarət-iqtisadi sahələrinə töhfə verir.

Ermənistan-Amerika əlaqələrinin yaxşılaşdırılması məsələsində Amerikadakı erməni icmasının rolu da böyükdür. Ermənistanın iqtisadi inkişafına, çoxtərəfli islahatlarına, demokratiya və vətəndaş cəmiyyətinin qurulmasına ABŞ illər boyunca göstərdiyi dəstəyini yüksək qiymətləndirirəm. Bütün bunlar iki ölkəmizin dövlətçiliyin gücləndirilməsi üçündür.

Birləşmiş Ştatlarının ATƏT-in Minsk Qrupu həmsədr ölkə kimi Cənubi Qafqazda sülhün yaradılmasında olan roluna da əhəmiyyət verirəm. Əminəm ki, ABŞ və digər həmsədr ölkələri Rusiya və Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində aktiv cəlbi məsələnin sülh və davamlı həllinə gətirə bilər.

Daha çox göstər
Back to top button