BaşlıcaBeynəlxalq

Moskva Bakıdan erməni soyadlı rusyalılara qarşı diskriminasiyanı dayandırmağı tələb edir

Ruisya Azərbaycana gedən ermıni soyadlı RF vətəndaşlarına qarşı  diskriminasiyanı dayandırmağı  tələb edir.

“Deməlidir ki, Azərbaycana gedən Rusiya vətəndaşlarına qarşı milli zəmində diskriminasiya göstərilir”,-deyə RF Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

“İki ölkənin dostluq əlaqələri ilə bir araya sığmayan biabırçıdiskriminasiyanı dayandırmağı tələb etməyə davam edirik. Əlbəttə ki, biz cari vəziyyətdən nəticələr çıxaracağıq”.

RF-nın XİN bəyanatında qeyd edilir ki, cari ilin əvvəllərindən RF 25 vətəndaşına Azərbaycana getməyə icazə verilməyib. Onlar bir neçə saat qidasız, susuz və tibbi baxımı olmadan saxlanılmaqdan sonra öz vəsaiti hesabları ilə deportasiya olunublar. Səbəb isə, onların erməni soyadı olması göstərilidi, lakin elə hallar da olub ki, “rus soyadlı və adlı olan insanları ermıni əcdadları olub olmamasına dair dindiriblər”.

RF XİN bildirir ki, rəsmi müraciətlərdə bu cür hərəkətlərin dayandrlması tələb olunmuşdu, lakin aydın və qənaətbəxş cavab olmayıb. “Azərbaycan XİN cavabında deyilir ki, “Azərbaycan arzuolunmaz hadisələrin qarşısını almaq üçün bəzi şəxslərə qarşı müvafiq tənzimləmələri tətbiq etmək məcburiyyətindədir”.

Daha çox göstər
Back to top button