Başlıcaİctimaiyyət

Bakı Ermənistan İctimai Radiosunun (armradio.am) saytını blokladı

Azərbaycan ərazisində Ermənistan İctimai Radiosu (armradio.am) və Razm.info saytları bloklanıblar.

Ermənistan İctimai Radiosunun “armradio.am”  saytının bloklanma səbəbi təmas xəttində yaranmış gərgin vəziyyətlə bağlı azərbaycan dilində yayılan məlumatlarıdır.

“Bu cür hərəkətlərin mənası yoxdur, çünki Azərbaycanda saytımızı anonimayzerlər və VPN serverləri ilə oxuya bilərlər. Onların niyə, nə üçün və nə məqsədi ilə bunu etməsini yazmaq belə istəmirəm. Axmaqlığın milləti yoxdur və heç bir sərhəd tanımır”,-deyə Ermənistan İctimai Radiosunun direktoru Mark Grigorian öz Facebook səhifəsində yazıb.

Daha çox göstər
Back to top button