Siyasət
“Münaqişə zonalarında gərginliyin azaldılmasında ATƏT PA-nın rolu böyük əhəmiyyət kəsb edir”

“Mövcud münaqişə zonalarında gərginliyin azaldılması və etimad yaradılması məsələsində deputatların rolu böyük əhəmiyyət kəsb edir”.
Bunu Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts Minskdə ATƏT Parlament Assambleyasının iclasında deyib.
S.Kurts həmçinin, Dağlıq Qarabağ və ATƏT məkanındakı digər münaqişələri xatırladıb.