Azərbaycan rəsmi təbliğatı yalana və saxta informasiyaya əsaslanan öz siyasətinə sadiqdir.
Bu cür növbəti olay iyulun 6-da baş verib. Azərbaycan Müdafiə, Xarici işlər nazirlikləri və baş prokurorluq tərəfindən bu ölkədə akreditə olunmuş hərbi attaşelərinin və əcnəbi KİV nümayəndələrinin Alxanlı yaşayış məntəqəsinə səfəri təşkil edildi. Onlara burada güya Azərbaycan atəş nöqtələri və hərbi qərargahı olmaması barədə “təkzib edilə bilməz” sübutlər təqdim edildi.
Xatırladaq ki, rəqib ölkəsi üçün beynəlxalq cəmiyyətini, xüsusilə Azərbaycanda akreditə olunmuş əcnəbi hərbi attaşelərini aldatmaq taktikası yenilik deyildir. Hələ 2016-cı ildəki hərbi əməliyyatlarından sonra Cocuk Marcanlı yaşayış məntəqəsinə onların səfəri təşkil edildi. Burada onlara Azərbaycan ordusunun uğurlarını, nəticəsində isə bu yaşayış məntəqəsinin “işğal altından” çıxarılmasını təqdim edildi. Amma Cocuk Marcanlı 1994-cü ildən etibarən Azərbaycan silahlı qüvvələrinin nəzarət altında imiş.
Bir dəfə də qeyd etmək lazımdır ki, Artsax Respublikası Müdafiə Ordusu heç vaxt mülki əhalini və obyektləri hədəfə almayıb. Amma rəqib öz əhalisindən canlı qalxan kimi istifadə edərək, sülh yaşayış məntəqəlirndə olan atəş nöqtələrindən Artsax hərbçilərinə atəş açırsa, bu atəş nöqtələri həmişə, bundan sonra da susdurulacaq.
Faktlarla danışmaq taktikamıza sadiq qalaraq, video sizin diqqətinizə çatdırırq. Videoda Alxanlı yaşayış məntəqəsinə yaxın ərazilərindəki top aydın şəkildə görünür.
Əlavə edək ki, iyulun 7-də saat 09.00-dan etibarən rəqib cənubi istiqamətdə atəş rejimini müxtəlif çaplı atıcı silahlardan, o cümlədən D-44 toplarından və tank aleyhinə qumbaraatanlardan pozub.