Təhlil

Azərbaycan daha çox uşağın öldürülməsini planlaşdırırdı: “Artsax 2016. Aprelin ikinci günü” filmin nümayişi

Aprel müharibəsinin uşaq üzü var: “Adi soyqırım” proqramının rəhbəri Marina Qrigoryan və “Hüquq pozulmalarına qarşı” QHT-nın sədri, ER sabiq Ombudsmanı Larisa Alaverdyan “Artsax 2016. Aprelin ikinci günü” qısa sənədli filmi ictimaiyyətə təqdim ediblər.

Film aprel ayında Azərbaycan tərəfindən başlanmış müharibə haqqındadır. Filmdə müharibənin necə başlamasını və qarşısını alınmasını Artsaxın dinc sakinləri, xüsusilə də uşaqları anlatırlar. Onlar o günləri keçiblər, lakin dostu Vağarşak Qrigoryanı itiriblər.

Azərbaycan uşaqları öldürmək məqsədilə DQR Martuni rayonunun Nerkin Çartardakı orta məktəbini atəşə tutub, çünki uşaqlar səhər saatlarında gündəlik təlimlərdə iştirak etmək üçün  məktəb bağçasında idilər. Möcüzədir ki, uşaqlar o gün məktəbdən çıxmamışlar və düşmənin qurbanı olmamışlar.

Larisa Alaverdyan qeyd edib ki, Azərbaycan öz soyqırım siyasətindən heç də imtina etməyib və etməyəcək. Marina Qrigoryan isə deyib ki, Azərbaycanın yeganə məqsədi daha çox uşağın öldürülməsi idi ki, Artsaxda panik başlasın və insanlar öz evlərini buraxıb qaçsınlar.

“Bütün bunlar çox aydındır. Bizim heç bir təbliğat məqsədimiz yoxdur. Film tamamilə uşaqlar və onların valideynlərinin ifadələri və faktlara əsaslanır. Azərbaycanın və şəxsən Əliyevin bir neçə məqsədi vardı. Bu məqsədlərdən biri insanların diqqətini provokasiyalarla qalmaqallı nəşrlərindən, o cümlədən AŞPA içində və son günlərdə  Bolqarıstan mediasında yayılmış və Azərbaycanın islamçı terroristlərə destək verdiyini sübüt edən açıqlamalardan yayındırmaq idi”,-deyə Marina Qrigoryan qeyd edib.

Filmin nümayişində ER Parlamentinin deputatı Arman Sağatelyan da iştirak edib. O bildirib ki, beynəlxalq ictimaiyyətə qeyd olunmuş faktlarla baş verənləri təqdim etmək lazımdır.

“Peoqram 5 dillə təqdim olunur və bunun Azərbaycan cəmiyyətinə çatdırılması da yaxşı olardı, lakin söz tamamilə totalitar və qapalı bir sistem haqqındadır. Orada son günlərdə Razm.info və Ermənistan İctimai Radiosunun saytları bilə bloklanıblar ki, Azərbaycan cəmiyyəti üçün öz isteriyalı təxrihbatlarla bir aloternativ olomasın”,-deyə Arman Sağatelyan yekunləşdirib.

Daha çox göstər
Back to top button