Beynəlxalq

Bu savaş necə bitər?..

İnsanın körpə balası düşmən gülləsinə gələndən sonra onu işlə təmin etmək ikiüzlülükdür. İnsanın əsgər övladı şəhid olandan sonra onun cibinə pul qoymaq ikiüzlülükdür. İnsanın borc içində üzən qazi övladı özünü yandırandan sonra onun borcunu ödəmək ikiüzlülükdür.

Bu ölkədə nə qədər ikiüzlülük, yalan və hiyləgərlik var, ilahi! Nə qədər qrimli, maskalı, boyalı adamlar var! Nə qədər haram və günah, nə qədər haramxorlar və günahkarlar var!

İnsanların faciəsi üzərində mələklik göstərməyə qalxan nə qədər ifritə var bu ölkədə! Nə qədər mənəviyyatı pozulmuş məxluq var! Yazıq, vallah, yazıq…

Daha çox göstər
Back to top button