Siyasət

ER Xİ naziri Aİ xüsusi nümayəndəsinə Bakı tərəfindən atəşkəs rejiminin kobudcasına pozulmaları nəticəsində yaranmış vəziyəti təqdim edib

ER Xarici İşlər naziri Edevard Nalbandyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib. Ermənistan Xİ naziri Aİ xüsusi nümayəndəsinə iyulun 4-də Artsax və Azərbaycan təmas xəttində Bakı tərəfindən atəşkəs rejiminin kobudcasına pozulmaları nəticəsində yaranmış vəziyyəti ətraflı şəkildə təqdim edib.

Xarici İşlər naziri Vyana və Sankt-Peterburq zirvələrində əldə edilmiş razılaşmalarının həyata keçirilmə əhəmiyyətini bir daha da qeyd edib. Edvard Nalbandyanın sözlərinə görə, Bakı yüksək səviyyədə əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün maneələr törədərək həmsədr ölkələri və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayaraq düşmən və ksenofobiya təbliğatını dərinləşdirməyə davam edir və qəsdən təxribatlar törədir. Bunların nəticəsində isə, keçən ay ərzində Artsax Ordusunun 4 hərbçisi həlak olub.

Aİ xüsusi nümayəndəsi vəziyyətin gərginləşməsi ilə bağlı dərin narahatlığını bildirərək qeyd edib ki, Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanması Avropa İttifaqının prinsipi mövqəyidir və Aİ bu məqsədilə həmsədr ölkələri tərəfindən göstərilən səylərinə dəstək verməyə davam edir. Səfir Salber Vyana və Sankt Peterburq zirvələrində əldə edilmiş razılaşmalarının həyata keçirilmə zərurətliyini də qeyd edib.

Daha çox göstər
Back to top button