Siyasət

Ermənistan və İran arasında təhsil və elm sahəsində memorandum imzalandı

ER Təhsil və elm naziri Levon Mnatsakanyanın daveti ilə İran İslam Respublikasının Elm, araşdırmalar və texnologiyalar naziri Mohammad Farhadinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistandadır.

Səfər başlanğıcında ölkələr nümayəndə heyətlərinin iki tərəfli görüşü baş tutub, sonra isə nazirlər “Elm, araşdırmalar və texnologiyalar sahələrində əməkdaşlıq haqqında” qarşılıqlı anlayış memorandum imzalayıb.

İran İslam Respublikasının Elm, araşdırmalar və texnologiyalar naziri Mohammad Farhadi qeyd edib ki, erməni əməkdaşının daveti ilə Ermənistanda olmaqdan çox məmnundur.

“İki ölkə arasındakı əməkdaşlığın inkişaf etdirilməsi yalnız iki ölkənin yüksək səviyyəli vəzifəlilərinin iradəsi deyildir, bunun üçün bütün imkanlar mövcuddur. Ermənistanda təhsil görən iranlı tələbələr iki ölkə arasında körpü ola bilir. Memorandum elm, təhsil, texnologiyalar və  araşdırmalar sahəsinin inkişafı ilə bağlıdır. Bununla əməkdaşlığımız daha dərinləşdirəcəyik”, -deyərək Mohammad Farhadi vurğulayıb.

Daha çox göstər
Back to top button