İctimaiyyət

AİHM azərbaycanlı jurnalist Əfqan Muxtarlının işini araşdırır

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Muxtarlının işini sürətli rejimi ilə araşdıracaq. Bu haqda vəkil Arçil Çopikaşvili bildirib.

Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfqan Muxtarlı Gürcüstan və Azərbaycana qarşı” işinə prioritet verib.

2015-ci ildən Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-da Tbilisidən oğurlanaraq Azərbaycana gətirildiyini deyir. O, AR Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə) ittiham olunub. Bundan sonra jurnalistə qarşı CM-nin daha 2 maddəsi – 318.1 və 206.1 maddələri ilə (sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq) də ittiham irəli sürülüb. Rəsmi Bakı iddia edir ki, Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycanda saxlanılıb və iqtidarın fikrincə, bu məsələ siyasiləşdirilir.

Əfqan Muxtarlı Azərbaycanda təqibdən qaçaraq iki ildir ki, Gürcüstanda yaşayırdı. Son illər o, Azərbaycan hakimiyyətinə qarşı Tbilisidə keçirilən etiraz aksiyalarında fəal iştirak edib.

Daha çox göstər
Back to top button