Beynəlxalq
AŞPA-da DQ münaqişəsinin hərbi yolu ilə həlli istisna edilib

Avropa Şurası Parlament Assambleyasında Ermənistan və Azərbaycan üzrə həmməruzəçiləri iyulun 4-də atəşkəs rejiminin pozulması ilə bağlı narahatlığını bildirir. Bu barədə AŞPA-nın bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Ştefan Şennax (Avstriya) və Çezar Preda (Rumıniya) Ermənistan üzrə həmməruzəçilər Alan Mel (Böyük Britaniya) və Cuzeppe Qalati (İtaliya) ilə birgə tərəfləri atəşkəs rejiminə əməl etməyə və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar masasına qayıtmağa çağırıb. Bəyanatda qeyd edilir ki, münaqişənin hərbi yolu ilə həlli yoxdur.