Təhlil

Azərbaycanın sabiq Xİ naziri Azərbaycan diplomatiyasının uğursuzluğunu etiraf edib

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov etiraf edib ki, Ermənitan və Azərbayacn siyasətlərini müqayisə edərək Azərbaycan tərəfinin beynəlxalq ictimaiyyətlə əlaqələrində olan səhvləri və aşkar uğursuzluqları aydın şəkildə görünür.

Nazir bu haqda Azərbaycan  KİV-lərindən birinə müsahibə verib.

Sərhəddə baş verən son hadisələrini və gərginliyin artmasını şərh edərərk nazir qeyd edib ki, Azərbaycan tərəfinin Ermənistanın xarici siyasətindən fərqli olaraq beynəlxalq qurumları ilə əlaqələrində bir neçə səhvləri olub.

“Bu səmərəliliyin əsas stimulu Ermənistan tərəfindən sürülən aktiv xarici siyasət, hərbi taktika və siyasi strategiyasının düz birləşməsidir. Düşünürəm ki, Azərbaycan tərəfi öz xarici siyasətinin strategiyasında dərhal islahatlar həyat keçirməlidir, əks halda xarici siyasətindəki uğursuzluq davam edəcək”,-deyə o qeyd edib.

İyulun 4-də gərginliyin artması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrləri xüsusi bəyanatla hərbi əməliyyatların dərhal dayandırılmasını tələb ediblər.

“Minsk Qrupu tərəfləri aydın şəkildə hərbi əməliyyatları dərhal dayandırmasına çağırır. Zorakılıq yalnız zorakılıq doğurar və heç bir şey vermir. Uzun sürən bu münaqişənin həlli yalnız danışıqlar masasına qaytarmasıdır”,-deyə həmsədrlərin bəyanatında deyilir.

Daha çox göstər
Back to top button