İyulun 7-də Azərbaycan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində erməni tərəfinin itkiləri yoxdur.
Bu haqda öz feysbuk sahifəsində ER Müdafiə nazirliyinin mətbuat sözcüsü Artsrun Hovhannisyan yazıb.
“İndi çox saxta məlumatlar, yarım montaj edilmiş videolar yayılacaq. Məncə bizim KİV artıq o qədər hazırdır ki, bunlardan hər birinə cavab verməmiz lazım deyildir. İtkilərimiz yoxdur və hər şey aydın şəkildə bəyan edilib. Rəqibin heç bir əməliyyatı cavabsız qalmayıb və qalmayacaq”.