Təhlil

Əliyev rejimi iqtisadi vəziyyətə görə uzun müddətli müharibə gözə ala bilməz: Forbes

ABŞ-ın məşhur “Forbes” jurnalı son zamanlarda Artsax-Azərbaycan təmas xəttində Azərbaycan tərəfindən göstərilən təcavüzə, bunun səbələrinə və nəticələrinə, Azərbaycandakı iqtisadi böhrana toxub.

“Mayın 18-də Azərbaycan ATƏT-in Mink Qrupu həmsədrlərinin, sonra isə Rusiya Xarici İşlər Nazirliyinin hirsinə səbəb olaraq keçən il münaqişə tərəfləri arasında təsdiq edilmiş atəşkəsi pozub. Bu, tarixi baxımdan neytral qurumlar tərəfindən olduqca unikal bir tənqididr”,-deyə Forbes yazır.

Kredit ratinglərinin kəskin azalması, neft və qaz hasilatının azalması, inşaat sektorunun pisləşməsi və bunlarla birlikdə getdikcə artan inflyasiya: Müəllif Azərbaycandakı vəziyyəti “holland xəstəliyi” ilə müqayisə edir. Yəni iqtisadiyyatın bəzi sektorlarının irəliləyişi digər sektorlarının pisləşməsi ilə olur. Neft gəlirlərindən asılı olan və öz hakimiyyətini saxlamaq istəyən Əliyevə başqa çarə qalmadı və öz xalqını sakitləşmək üçün bayraq altında topladı.

“Keçən il aprel ayında Azərbaycanın geniş miqyaslı təcavüzü Panama sənədlərinin yayılmasıından bir gün öncə olub. Bu sənədlər Əliyevin fırıldaqçılıq və nepotizmi göstərib”,-deyə müəllif xatırladır.

Müəllifin sözlərinə görə, Azərbaycan tərəfindən təmas xəttində vəziyyətin gərginləşdirmələri həm ölkənin iqtisasi böhranı, həm də Rusiya, Türkiyə və İsraildən son illərdə almış silahları göstərmək məqsədi daşıyırdı. Taliş kəndi yaxınlığında 10 tankın yerləşdirilməsi və sonra qaldırılması müəllifin fikrincə sadəcə qarışıqlıq yaratmaq üçündü.

“Əliyev rejimi uzun müddətli müharibə gözə ala bilməz, çünki neft infrastrukturları təhlükədə ola bilər və beləliklə də keçən il kimi sadəcə toqquşmanın məhdudlaşacaq”,-deyə Forbes müəlolifi yekunlaşdırıb.

Daha çox göstər
Back to top button