Siyasət
Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 11-də Avstriyada görüşə bilərlər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşə bilərlər. Bu barədə Tert.am-ə müsahibədə Xarici İşlər Nazirliyinin spikeri Tigran Balayan bildirib.
Bildirilir ki, həmsədrlər regiona son səfərləri zamanı görüşün həmin vaxt keçirilməsini təklif ediblər.