İctimaiyyət

Artsaxın Karin Tak kəndi bərpa olunur və inkişaf edir

Artsaxın Şuşi rayonunun Karin Tak kəndində artıq yeni uşaq bağçası var. “Ermənistan” pan-erməni fondundan bildirirlər ki, Artsax müharibəsində çox itkilər verən kənd bu gün diaspora, Artsax hökuməti və “Ermənistan” pan-erməni fondunun dəstəyi sayəsində yenidən bərpa olunur. Arqentinalı erməni xeyriyyəçilərin sayəsində 2010-cu ildən kənd inkişaf edir. Bu gün Karin Tak kəndində icma mərkəzi, mədəniyyət ev, sağlamlıq ocağı və kitabxana vardır. Yeni idman zalı və məktəb tədbirləri zalı inşa edilib.

Arqentinalı ermənilərin maliyyə dəstəyi ilə 4-cü böyük layihə ilə kəndin yeni uşaq bağçası tikilib. “Ermənistan pan-erməni fondunun, Ermənistan və Kipr yerli orqanları, Artsax hökuməti və arqentinalı erməni xəyriyyəçilərin birgə səyləri sayəsində kəndin 42 uşağı 1930-larda tikilmiş köhnə uşaq bağçasını unudacaqlar.

Daha çox göstər
Back to top button