Siyasət

Azərbaycan Ermənistanla danışıqların nəticə yönümlü şəkildə aparılmasını istəyir

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında iyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, görüş yerli vaxtla 19:00-da baş tutacaq.

XİN rəsmisinin sözlərinə görə, görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.

Daha çox göstər
Back to top button