Təhlil

DQ təmas xəttindəki son hadisələri ilə bağlı EuFoA-nın direktoru və AŞ bir neçə deputatlarının bəyanatı

EuFoA-nın direktoru Diogor Pinto və AŞ bir neçə deputatları Dağlıq Qarabağ təmas xəttində baş verən son hadisələri ilə bağlı birgə bəyanat yayıblar. “Qarabağ-Azərbaycan təmas xəttində münaqişənin gərginləşməsini göstərən və təəssüf ki, yenə itkilərə səbəb olan son hadisələr hamımız üçün çox narahatedicidir, çünki biz sülh və anlaşma dəyərlərinə inanırıq. Bu münasibətilə biz həlak olanların ailələri və dostlarıına başsağlığı veririk.

Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva Azərbaycan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində qeyd olunmuş son gərginliyin nöbəti qurbanları olublar. Azərbaycan üçün Dağlıq Qarabağı istiqamətində yaşayış məntəqələrinə çox yaxın mövqələrindən öz əhalisini təhlükəyə ataraq atəş açmaq artıq  adəti hala çevrilmişdir. Bu davranış Cenevrə Konvensiyası ilə pislənir və müharibə cinayəti kimi hesab edilir. Bu iki isim həlak olan bütün erməni və azərbaycanlı mülki və hərbçi şəxslərin siyahısında əlavə edilib. Onlar beynəlxalq ictimaiyyətin süstlüyü və uğursuzluğu nəticəsində öz həyatlarını itirblər, çünki Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimini pozma cəhdlərinin qarşısını alınmadı.

Keçən il aprel ayında baş vermiş “4 günlük müharibə”-dən sonra Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupu tərəfindən monitorinq imkanlarını genişləndirmə təklifini qəbul etməyib və bunun nəticəsində Azərbaycan sadəcə öz anti-erməni təbliğatını deyil, Dağlıq Qarabağ və Ermənistana qarşı təxribatları aktivləşdirərək müharibə təhdilərinin intensivliyini də artırdı. Bu, ölkə içində insan hüquqlarının pozulmalarına və mətbuat azadlıqlarının məhdudlaşdırmalarına dair xarici tənqidlər və təzyiqlərə, o cümlədən son zamanlarda Azərbaycanın terrorçu təşkilatlara silah satmasına dair məlumatların yayılmasına Bakının cavabı idi.

Biz Azərbaycanın döyüş təcavüzünün qarşısını almağa çağırırıq və yində də təsdiq edirik ki, Dağlıq Qarabağ münaqişəsi yerli insanların öz müqəddəratını təyin etmə hüququn əsasında sülh yolu ilə həll olunmalıdır. İki tərəf arasında mülki və hərbçi şəxslərin ölümünü dayandırmaq üçün tək yolu budur. Biz həmçinin Avropa ittifaqını Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə dəstək verməyə və Azərbaycan tərəfindən atəşkəs rejiminin pozulmalarını dayandırmağa çağırırıq.

Daha çox göstər
Back to top button