Siyasət

Ermənistanın İrandakı səfiri “İRNA” informasiya agentliyinə gedib

ER-nın İİR-dəki səfiri Artsaşes Tumanyan “İRNA” (Islamic Republic News Agency) informasiya agentliyinə gedərək icraçı direktoru Mohammad Xodadi ilə görüşüb.

Səfir Tumanyan Xodadinə Ermənistanın iqtisadi imkanları, elm, təhsil və mədəniyyət sahələri haqqında məlumatlar verərək İran KİV-lərində Ermənistan, Ermənistan-İran əlaqələri ilə bağlı hərtərəfli, düz və operativ məlumatların əhəmiyyətini vurğulayıb. Mohammad Xodadi 81 yaşlı tarixi olan agentliyin fəaliyyətini təqdim edərək deyib ki, agentliyin nümayəndələri Nyu-York-dan Tokyoya qədər işləyirlər.

Görüşdə DQ münaqişəsi haqda balanslı məlumatların təmin edilmə zərurətinə, erməni diasporu və orada fəaliyyət göstərən erməni əsilli jurnalistləri ilə əlaqələrin qurulma imkanlarına da toxunulub.

Ermənistan-İran əlaqələri, regional və beynəlxalq inkişaflar kontekstində Erməni tərəfi ilə siyasi, iqtisadi və digər sahələrdə məlumatların mübadiləsi aparmağa razılaşdılar. ER səfiri əməkdaşlıq üçün önəmli addım kimi Yerevanda “İRNA” ofisi qurmağa təklif edib.

Daha çox göstər
Back to top button