
Razm.info saytı açıq mənbələrin müşahidəsi nəticəsində 2017-ci ilin iyununda Azərbaycan müdafiə və təhlükəsizlik sistemlərində 6 ölüm olayını qeyd etdi, bundan 3-ü döyüş itkiləri, birinin səbəbi haqqında isə hələ məlümat yoxdur.
Döyüş itkiləri
İyunun 16-da “ Erməni tərəfinin atəşindən” Azərbaycan silahlı qüvvələrinin əsgəri, sıravi Şahvələdov Sultan Niyaz oğlu öldürülüb. Bu haqda Azərbaycan Müdafiə ordusu məlümat verib.
İyunun 16-da məlüm oldu ki, eyni gün Azərbaycan sialhlı qüvvələrinin, 1990-cu təvəllüdlü Əhmədov Azər Əhməd/ Abbas oğlu öldürülüb. Sosial şəbəkələrdə yayılmış məlümatlara görə, “o, hərbi xidmətini yerinə yetirərkən öldürülüb”.
İyunun 25-də Azərbaycan Ağdam rayonundakı hərbi hissələrdən birinin ön cəbhəsində “Erməni tərəfinin atəşindən Azərbaycan ordusunun əsgəri Babayev İlkin Oqtay oğlu öldürülüb.
Qeyri-döyüş itkiləri
İyunun 9-da avtoqəzası nəticəsində Azərbaycan silahlı qüvvələrinin leytenant, 1993-cü təvəllüdlü Mesiyev Sabiq Telman oğlu ölüb
İyunun 14-də Azərbaycan Fizüli rayonundakı hərbi hissələrdən birində başqa əsgərin atəşindən Azərbaycan silahlı qüvvələrinin əsgəri Hüseynov Orxan öldürülüb.
İyunun 17-də naməlum şəraitlərdə Azərbaycan silahlı qüvvələrinin Ağdam rayonundakı hərbi hissələrindən birinin hərbçisi, kəşif, 32 yaşlı Ocaxverdiyev Ruslan İlham oğlu ölüb.
Ümumiyyətlə 2017-ci ildə açıq mənbələrdən yanvarın 1-dən iyunun 30-a Azərbaycan ordusunun 35 əsgərinin ölümü haqqında məlüm oldu.
2017-ci il iyunun 1-dən 30-a Erməni silahlı qüvvələrindən ( Müdafiə Ordusunda olanları da daxil olmaqla) 6 ölüm olayı haqqında bəyan edilib. İtkilərdən 4-ü döyüş itkisidir. Müxtəlif şəraitlərdə daha 17 hərbçi yaralanıb.
Döyüş
İyunun 16-da rəqib tank aleyhinə qumbaraatanlarından Müdafiə ordusunun mərkəzli hərbi hissələrindən birinə atəş açıb, nəticəsində Müdafiə ordusunun 3 hərbçisi Arayik Rudikoviç Matinyan (1997-ci təvəllüdlü), Vigen Jiarayroviç Petrosyan (1997-ci təvəllüdlü) və Vardan Tsovakoviç Sarkisyan (1997-ci təvəllüdlü) həlak olub.
İyunun 17-də Müdafiə Ordusunun şimali istiqamədəki mövqelərindən birində rəqibin atəşindən Müdadiə Ordusunun hərbçisi Narek Tiqranoviç Gasparyan (1997-ci təvəllüdlü) həlak olub.
Qeyri-döyüş itkiləri
İyunun 1-də ER Müdafiə nazirliyinin hərbi hissələrindən birinin anbarında müqaviləli hərbçi, astsubay, 1981-ci təvəllüdlü Melik Davitoviç Xaçatryan asılımış şəkildə tapılıb.
İyunun 14-də ER Müdafiə ordusunun mərkəzli klinik hərbi xəstəxanasında ER silahlı qüvvələrinin müqaviləli hərbçisi Narek Civanoviç Mxitaryan (1995-ci təvəllüdlü) ölüb.
Yaralılar
İyunun 16-da rəqibin atəşi nəticəsində Müdafiə Ordusunun hərbçiləri Myasnik Martinoviç Hovhannisyan və Vardan Armenoviç Harutyunyan, iyunun 17-də isə Yuri Zakaryan yaralanıb.
İyunun 24-də Vardenis-Şorja yolunda 25-ci km-da ER Müdafiə nazirliyinə aid dövlət nömrəli avtomobil qəzası naticəsində 14 hərbçi xəstəxanaya aparılıb.
Umumiyyətlə 2017-ci ilin yanvarın 1-dən iyunun 31-ə Erməni ordusunun 35 hərbçisinin ölümü haqqında bəyan edilib.