Siyasət

Həmdərlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təklif edir

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında ATƏT Minsk qrupu həmsədrləri İgor Popov, Stefan Viskonti, Riçard Hogland və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təşəbbüsü və iştirakı ilə növbəti görüş keçirilib.

Bu barədə ER XİN mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin irəliləməsi yolları müzakirə olunub.

Edvard Nalbanyan təmas xəttindəki vəziyyətin sabitləşdirmə zərurətini vurğulayaraq bu məqsədilə Vyana və Sankt Peterburq zirvələrində əldə edilmiş razılaşmaların həyata keçirilməsinə əhəmiyyət verib.

Həmsədrlər nazirlərdən prezidentlərin cari ildə görüşünün keçirilməsinə dair təklifini ölkə başçılarına çatdırmağı xahiş ediblər.

Görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün bu ilin sentyabrında Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində  keçirilməsinə dair razılıq əldə olunub.

Daha çox göstər
Back to top button