Təhlil

İrəliləyiş üçün tək gerçək məsələ sabitlikdir: Davit Babayan Nalbandyan- Məmmədyarov görüşü haqda

Hər hansı bir görüş önəmlidir və biz həmişə də bu cür görüşlərinə əhəmiyyət vermişik. Bu, danışıqlar prosesinin davamı təmin etmək, beynəlxalq ictimaiyyətin fikrini tərəflərə çatdırmaq üçün önəmli platformdur.

Bu barədə “Artsakhpress”-in müxbirinə müsahibədə AR prezidentinin mətbuat katibi Davit Babayan dünən Brüsseldə keçirilmiş Ermənistan və Azərbaycan Xİ nazirlərinin görüşünü şərh edərkən bildirib.

“Təəssüf ki, Azərbaycan atəşkəs rejimini pozub və pozmağa davam edir. Bütün bunlar Azərbaycanın terrorçu dövlət olması ilə bağlıdır. Gördüyümüz kimi görüş zamanı sülh və sabitlik əsas mövzusu idi və bu çox önəmlidir.  Bu, müzakirə etmək üçün ən real mövzudur. Təbii, sülh haqda danışmaq hələ ki erkəndir, lakin bu görüş ümumi olaraq önəmlidir və ümid edirik ki, görüşün sülhün sabitləşdirməsini gücləndirmək məsələsində töhfəsi olacaq”,-deyə D. Babayan qeyd edib.

Vyana və Sankt Peterburq zirvələrində əldə edilmiş razılaşmaların həyat keçirilməsinə dair Babayan qeyd edib ki, bu istiqamətdə işlər aparılmalıdır, çünki bu, sabitlik və sülhün saxlanma mexanizmlərdən biridir.

“Ümid edirik ki, beynəlxalq ictimaiyyət bu məsələdə diqqətli olacaq. Təbii  Azərbaycan prosesi pozmaq üçün əlindən gələni edəcək. Son gərgin vəziyyətlər bunu sübüt edirlər. beynəlxalq ictimaiyyətin öz mövqəyini bir daha da açıqlaması çox önəmlidir. Onlarn hər hansı gücün istifadəsinə və vəziyyətin gərginləşdirməsinə qarşıdır”,-deyə D. Babayan yekunlaşdırdı.

Xatırladaq ki, iyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında ATƏT Minsk qrupu həmsədrləri İgor Popov, Stefan Viskonti, Riçard Hogland və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təşəbbüsü və iştirakı ilə növbəti görüş keçirilib.

Daha çox göstər
Back to top button