Ekonomika

Fransanın böyük şirkətləri Ermənistan bazarı ilə maraqlıdır

Ermənistan və Fransa arasında siyasi əməkdaşlıq yüksək səviyyədə olduğuna baxmayaraq iqtisadi əməkdaşlıq olduqca geniş deyil. Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Jan-Fransua Şarpantienin fikrincə bu vəziyyət onunla bağlıdır ki, Qərbi Avropa ölkələri Ermənistan bazarını o qədər də yaxşı bilmirlər.

Səfir eyni zamanda qeyd edib ki, son illərdə bu istiqamətfə bəzi mübət meyllər var. “Fransanın böyük şirkətləri Ermənistan bazarı ilə maraqlıdırlar və bu həm İran bazarında, həm də AİB-ə üzv olduqdan sonra Rus, Mərkəzi Asyanın böyük bazarında cəlb olma prespektivləri ilə bağlıdır”,-deyə Yerevanda keçirilən mətbuat konfransında səfir bildirib.

Şarpantienin fikrincə Fransa şirkətlərinin Ermənistan bazarı ilə maraqı Ermənistanda uzun illər boyunca işləyən Fransa şirkətlərindən alınan reaksiya ilə bağlıdır.

Daha çox göstər
Back to top button