Ekonomika

Nazir: “Abxaziya dəmir yolunu yenidən açılmaq üçün qarşılıqlı istək vardır”

Danışıqlar aparan tərəflərin dəmir yolunu yenidən açmaq üçün qarşlıqlı istəyi vardır. Bu gün ER hökumət iclasından sonra jurnalistlərlə müsahibəsində bunu Nəqliyyət naziri Vahan Martirosyan bəyan edib.

O, amma, deyib ki, indi heçkəs konkret deyə bilməz ki, hansı müddətdə razılaşmanın əldə edilməsi və dəmir yolunun yenidən açılması mümkün olacaq.

“Həm Gürcüstan, həm də Rusiya tərəfinin maraqlandırdığını görürük. Danışıqlar vaxt istəyir, bunu anlamılıyıq. Amma nəticə əlbəttə olacaq”, -deyə Martirosyan əmin etdi.

İyulun 10-da Praqadakı danışıqlar ərzində Rusiya və Gürcüstan nümayəndələri 2011-ci ilin “Ticarət dəhlizləri”haqqında razılaşmanın həyata keçirilməsi çərçivəsində razılaşma əldə edib.

Daha çox göstər
Back to top button