Ekonomika
Sənaye istehsalı 5,5% azalıb

2017-ci ilin yanvar-iyun aylarında ölkə sənayesində 18,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az sənaye məhsulu istehsal edilib, deyə Dövlət Statistika Komitəsi məlumat verib.
Bu haqda Turan.az yazır.
Sənaye göstəricisinin pisləşməsi neft və qaz hasilatının azalması ilə bağlıdır. Bu ilin I yarısında neft sektorunda istehsal 7,2% azalıb. Eyni zamanda, neft və qazın əsas xammal olsuğu hasilat sənayesinin xüsuis çəkisi ilin birinci yarısında sənaye istehsalının 70,1%-i təşkil edib.