Ekonomika

Neft qiymətləri düşüb, Azərbaycanın hasilatının azalacağı proqnozlaşdırılıb

Cümə axşamı günü OPEC üzvlərinin neft hasılatın azaldılmasına dair razılığa kifayət qədər riayət etmədiklərini bildirməsi, bazarlarda neft təklifinin çoxluğu barədə narahatlıqlar yaradaraq, neft qiymətlərini bir daha aşağı salıb.

Lakin Paris-də yerləşən Beynəlxalq Enerji Agentliyinin (İEA) aylıq hesabatında Almaniya və ABŞ daxil olmaqla, qlobal neft tələbatının artacağı ehtimal edib.

Azərbaycanda isə 2017-ci ilin ilk yarısında, keçən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 9 faiz enib, dövlət statistika komitəsi bildirib.

OPEC-in çərşənbə günü dərc etdiyi aylıq hesabatında isə, Azərbaycanın gündəlik neft hasilatının bu il hər gün 60 min barel azalacağını proqnozlaşdırıb. 2018-də isə gündəlik hasılatın 50 min barel azalacağı ehtimal edilib.

Son 4 ayda, neft qiymətlərinin fasiləsiz azaldığı müşahidə olunub. Bu ay, Brent markalı neftinin barelinin qiyməti 48 dollardan aşağı düşüb.

Bu ay qiymətlərin azalmasına ən mühüm səbəblərdən biri Liviya və Nigeriyada gözlənilməz hasilat artımı digəri isə OPEC-in hasilat azaldılması qərarını müvafiq şəkildə yerinə yetirməməsidir, İEA qeyd edib. (BBC Azərbaycanca)

Daha çox göstər
Back to top button