Başlıcaİctimaiyyət

Serj Sarkisyan Tavuş vilayərinə gedərək döyüş mövqelərində olub

Silahl Qüvvələrin Ali baş Komandanı Serj Sarkisyan bu gün səhər işgüzar səfərlə Tavuş vilayətinə gedib.

ER Prezidentinin mətbuat idarəsindən verilən məlumata görə Serj Sarkisyan Şimal-Şərq sərhəd xəttinin döyüş mövqelərindən birinə gedərək döyüş dayaq mövqeində dövr etmiş xidmət gedişatına və hərbiçilərin yaşayış şəraitlərinə, mühəndis işlərinə və cəbhə hazırlığı vəziyyətinə tanış olmuşdur.

Respublika Prezidenti xidməti ərzində sədaqət və cəsarətlə gözə çarpan bir qrup zabit və hərbiçiləri mükafatlandırmışdır.

Prezident vətən müdafiəçilərinə təşəkkür bildirmiş, onlara öz işlərində müvəffəqiyyətlər diləmiş və qeyd etmişdir ki, onların vicdanla xidməti olduqca qiymətləndirilir. Onların sayyəsindədir ki, xalqımız rahat yaşayaraq vətənimizi inkişaf etdirməyi bacarır.

Serj Sarkisyan daha sonra İcevanda yerləşdirilmiş qoşun bölməsinin yeni daimi məntəqəsinin açılışı mərasimində iştirak edib.

Orada Müdafiə naziri,SQ dini lideri və məcburi xidmət edənlərdən biri çıxış edib.Yeni tikilən hərbi qəsəbənin açılışına həsr olunan mitinqdən və təntənəli yürüşdən sonra Respublikanın Prezidenti qoşun bölməsində dolaşmış, oranın şəraitləriylə tanış olmuş , şəxsi heyətlə söhbət etmiş və hərbi yeməkxanada hərbiçilər və komandirlərlə yemək nahar etmişdir.

Həmin gün müdafiə nazirliyinin Dilican “Dağlıq Ermənistan” müalicəxanasında “Armenia” televiziya şirkətinin “Revolusiya” verlişinə müsahibə verib.

Daha çox göstər
Back to top button