Ekonomika

Statistika Komitəsi Əliyevin inkişaf iddialarını alt-üst etdi

Nazirlər Kabinetində keçirilmiş müşavirədə dövlət başçısı İlham Əliyev yenə də iqtisadi uğurlardan danışıb. İlin birinci yarısının statistik rəqəmləri bu iddiaların tam əsassız olduğunu göstərir.

Bu haqda Azadliq.info yazır.

2017-ci ilin yanvar-iyun aylarında ölkə sənayesində 18,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,4 faiz artmış, neft sektorunda isə 7,2 faiz azalmışdır.

Emal sektorunda qida məhsullarının istehsalı 2,7 faiz, içkilərin istehsalı 30,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,1 dəfə, geyim istehsalı 57,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 82,8 faiz, kağız və karton istehsalı 0,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 22,4 faiz, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 48,5 faiz, tikinti materiallarının istehsalı 38,5 faiz, kompüter və elektron məhsulların istehsalı 75,7 faiz, elektrik avadanlıqlarının istehsalı 84,2 faiz, maşın və avadanlıqların istehsalı 25,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 18,8 faiz, mebel istehsalı 28,7 faiz artmış, tütün məmulatlarının istehsalı 31,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 55,8 faiz, poliqrafiya məhsullarının istehsalı 36,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,5 faiz, hazır metal məmulatlarının istehsalı 30,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 55,1 faiz azalmışdır.

 Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5 faiz azalmışdır.
Daha çox göstər
Back to top button