BaşlıcaSiyasət

Artsrun Hovhannisyan: “Azərbaycan hərhansı kompleksi “İskander” sisteminin raketlərini vurmağa qadir deyildir”

Azərbaycan hərhansı kompleksi “İskander” sisteminin raketlərini vurmağa qadir deyildir.

“Panorama.am”  muxbirinə müsahibəsində bu haqda qeyd edərək, Müdafiə nazirinin mətbuat sözcüsü Artsrun Hovhannisyan Azərbaycan müdafiə naziri Zakir Həsənovun bəyanatına toxunub.  O, deyib ki, Azərbaycan İskander sistemlərini vura biləcək silahlara malikdir.

“Zakir Həsənovun taqım komandirindən də aşağı bilik  səviyyəsi vardır, bu dəfələrcə görülüb.Son bəyanatı da bu həqiqəti sübut edir.  Azərbaycan hərhansı kompleksi “İskander” sisteminin raketlərini vurmağa qadir deyildir. Azərbaycan təchizatında İsrayildə istehsal olunmuş “Barak” zenit-raket kompleksi vardır, söhbət  daha zəif  “Dəmir günbəz” sisteminin əldə edilməsindən də gedirdi. Bu komplekslərdən heç biri “İskander” raketini vurmağa qadir deyildir”, – deyə mətbuat sözcüsü təəcüblü sayıb ki, dünyanın ən ideal raket aleyhinə “Standart”, “Petriot” kompleksləri olan Amerika ordusunun nümayəndələri hətta iskanderləri vurmaqdan əminliklə danışmır.

“Onlar aydın şəkildə qeyd edir ki, bu silah növünün  böyük təhlükəsi vardır və demək olar ki, bunun vurulması imkansızdır, Həsənov üçün isə bu raket artıq aradan qaldırılmışdır. Başqa tərəfdən təəcüblü heç bir şey yoxdur, çünki söhbət aşağı bilik səviyyəsi olan bir insandan gedir”, – deyə Hovhannisyan qeyd etdi.

Daha çox göstər
Back to top button