
Minsk Qrupu həmsədrləri üçün heç bir şübhə yoxdur. Onlar gərginlik yaradan, hücum edən və atəşkəsi pozan tərəfi çox yaxşı bilirlər. Bu haqda “Armenia” televizyasının “R-Evolyuciya” proqramına müsahibədə Ermənistan Respublikası Prezidenti Serj Sarkisyan Minsk Qrupu və beynəlxalq ictimaiyyətinin mövqələrinə toxunaraq bildirib.
“Ən az 3 dəfə atəşkəs rejimini pozan tərəf aydın şəkildə göstərilib. Minsk Qrupu və beynəlxalq ictimaiyyət başqa nə etməlidir ki? Hər dəfə Azərbaycanı göstərir, bunu hər kəs bilir. Əmin olun ki, atəşkəsi poxan tərəf Azərbaycandır. Mən az sonra bu haqda da danışacağam, lakin onlar da hər dəfə Azərbaycanı göstərlərsə erməni tərəfini dəstək verdiklərini dəmək olar.
Mən qeyri-rəsmi bir görüşdə həmsədr ölkələrdən birinin nümayəndəsi ilə danışdım və atəşkəsi pozan tərəfi niyə konkret göstərmədiklərini soruşdum. O da deyib ki, konkret göstərdikləri halda hər kəs düşünəcək guya ermənilərə dəstək veririk və erməniperst siyasətimiz var. Məsələmiz isə, danışıqlar prosesin davamıdır, çünki buna heç bir alternativ yoxdur. Danışıqlar prosesinin alternativi hərbi əməliyyatlarıdır, hansı ki bizim üçün qəbuledilməzdir, çünki hər bir zabitimizin, hərbçimizin həyatı bizim üçün çox qiymətlidir”,-deyə ER Prezidenti bildirib.