Siyasət
Erməni hərbçiləri NATO təlimlərində iştirak edir

Ermənistan Ruminiyadakı Çinku şəhərində keçirilən NATO üzv və əməkdaş ölkələrinin hərbçilərinin təlimlərində iştirak edir.
Təlimləri Ruminiya prezidenti Klaus İranis və NATO komitəsinin rəhbəri, general Petr Pavel izləyir.
Təlimlər ərzində Ruminiya, ABŞ, Ukrayna, Ermənistan və Xorvatiya hərbçiləri Amerika və Ruminiya təyyarələrinin dəstəyi ilə atıcılıq icra edilib.
Bu həftə başlanmış və iyulun 20-ə sürəcək təlimlərdə 20-dən artıq əməkdaş ölkəsindən 25 min hərbçi iştirak edir.