Siyasət

İzvestiya: “RF Sarkisyan-Əliyev danışıqlarının əsas təşkilatçısı olacaq”

Rusiya Ermənistan və Azərbaycan prezidentləri serj Sarkisyan və İlham Əliyevin görüşünün əsas  təşkilatçısı olacaq.

Bu haqda RF XİN mənbəyinə istinadən “İzvestiya” yazır. Görüş 2017-ci ilin sonuna qədər baş verəcək.

“Moskva bu məsələdə əsas vasitəci olub, çünki Yerevan və Bakı nümayəndələrini danışıqlar masasında oturtmağa ATƏT Minsk qrubunun həmsədrlərinin (ABŞ və Fransa) səyləri uğurlu olmayıb”, -deyə jurnal yazır.

“Dialoqun saxlanmasının prinsipial əhəmiyyəti vardır. Məhz danışıqlar sayəsində regionda irimiqyaslı müharibə başlanmadı. Amma tərəflərin məqsədləri keçmiş kimi fərqlidir”, -deyə mənbədə vurğulanır

Daha çox göstər
Back to top button