İctimaiyyət

Muxtarlının həyat yoldaşı istintaqa yeni faktlar təqdim edib

Leyla Mustafayeva uzun müddət ərzində Əfqanı izləyənlərin şəkillərini polisə verib.

Bu haqda Azadliq.info yazır.

Jurnalist Əfqan Muxatarlının həyat yoldaşı Leyla Mustafayeva 3 saat Tbilisi Polis İdarəsində ifadə verib.
Jurnalistlərə açıqlamasında Mustafayeva bildirib ki, söhbət onun əldə etdiyi yeni sübutlar barədə olub. Belə ki, Əfqan Muxtarlının şəkil albomunda oğurlanmasından bir neçə gün əvvəlonun izləyən adamların şəkli var. Bu adamlar azərbaycanlıdır.
Əfqan Muxtarlının həyat yoldaşının sözlərinə görə, istintaq xeyli əvvəl onları müəyyənləşdirə bilərdi.
“Polisə Əfqanı izləyən 3 nəfərin şəklini verdim. Daha bir adam teleşirkətlərin birinin süjetindən əks olunub. O əvvəl Daşqını, daha sonra Əfqanı izləyib. Polis onların şəxsiyyətin müəyyən edə bilərdi, amma etməyib. Şəkil Azərbaycan vətəndaşları görünür”, – deyə Leyla Mustafayeva bildirib.

Daha çox göstər
Back to top button