BaşlıcaSiyasət

Serj Sarkisyan: “Rusiya tərəfindən Azərbaycana silahın satılması Ermənistan-Rusiya münasibətlərinin ən ağrılı tərəfidir”

Rusiya tərəfindən Azərbaycana silahın satılması Ermənistan-Rusiya münasibətlərinin ən ağrılı tərəfidir. Bu haqda “Armnenia” TV kanalının “R- Evolutsiya” verişimində ER Prezidenti Serj Sarkisyan deyib.

“Bu məsələ Ermənistan-Rusiya dostluğu, Ermənistan-Rusiya hərbi əməkdaşlığı, ümumiyyətlə münasibətlərimizin ən ağrılı tərəfidir. Bu məsələ çox şeyə kölqə salır. Başqa tərəfdən isə bizim üçün qəbul ediləməz, amma onların üçün qəbul ediə bilən amillər də vardır. Hələlik heç bir ciddi olay baş verməyib. Ciddi nəticələr olsa, o zaman günahlandırıla biləcəklər.  Ciddi nəticələr olmasa, biz bunu regionda vəziyyətin sabitləşdirilməsi üçün Rusiya tərəfinin yürdüyü uzun müddətli siyasi fəaliyyət olaraq qiymətləndirməliyik”, – deyə Prezident Rusya tərəfindən Azərbaycana silahın satılması barədə suala cavab verərək deyib.

Rusiya ilə əməkdaşlığın durdurulması və ya  azaldılması barədə müşahidələrə toxunaraq, Prezident qeyd edib ki, “bunlar çox təhlükəli sözlərdir və çox mürəkkəb vəziyyətin yaradılmasına səbəb ola bilər”.

“Yenidən baxaq deyərək, kiminlə münasibətlərimizi təkmilləşdirməmizi istəyirsiniz, Türkiyə ilə mi? NATO-da hamı gözləyir ki, Ermənistan buraya gəlsin, öylə olarmı? Ya biz hamı ilə düşman olaq, hamına siz Azərbaycana kömək edirsiniz deyək, və təkbaşa bütün dünyaya qarşı çıxaq”, -deyə ER Prezidenti əlavə edib.

O vurğulayıb ki, Ermənistan yaxın müttəfiqlərlə və əməkdaşları ilə balanslı daxili siyasat yürüdür. Prezident Serj Sarkisyan KTMT bəyanatlarına toxunaraq, qeyd etdi ki, KTMT heç vaxt Ermənistanın çıxarlaına qarşı olan heç bir bəyantla çıxış etməyib.

Daha çox göstər
Back to top button