BaşlıcaSiyasət

ER Müdafiə naziri Artsaxın dayaq mövqelərində olub

Ermənistan Respublikası və Artsax Respublikasının Silahlı qüvvələrinin qarşılıqlı işgüzarlığı çərçivələrində iyulun 15-də Müdafiə naziri Viqen Sarkisyan işgüzar səfərlə Artsax Respublikasına gedib.

ER Müdafiə nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, səfəri çərçivəsində Ermənistan Ali Müdafiə rəhbəri,Artsaxın Müdafiə naziri və yüksək rütbəli hərbiçilərin müşayyətiylə Artsax-Azərbaycan sərhəd xəttinin Şimal-Şərq bölgüsündə yerləşdirilən dayaq mövqeində olmuş, sərhəd vəziyyətiylə və döyüş növbətçiliyini yerinə yetirən hərbiçilərin sosial-məişət şəraitləriylə, eləcə də dayaq mövqelərində olan müdafiəçilərlə söhbət etmişdir.

Hərbi məntəqənin daimi yerləşən yerində məşvərət keçirilib ki, həmin müddətdə döyüş xidmətinin yerinə yetirilməsi və qoşunların qarşılıqlı işgüzarlığına dair məsələlər müzakirə olunmuşdur.
Həmin gün Viqen Sarksyan həmçinin Stepanakertin Şimalında olmuşdur.

Hospitalın bölmələriylə dövr edərək nazir müalicə olunan hərbiçilərlə maraqlanmış, onların səhhətinə tanış olmuş söhbət etmiş və onlara təcili sağlamlıq diləmişdir.

Daha çox göstər
Back to top button