Siyasət

Jorj Kepenekyan Lyon Bələdiyyə Başçısı seçilib

Fransalı erməni Jorj Kepenekyan Fransanın 3-cü ən böyük şəhəri olan Lyonun Bələdiyyə Başçısı seçilib. Sabiq Bələdiyyə Başçısı Jerar Kolom idi. Bu barədə Asbarez məlumat verir.

Mənbə yazır ki, ölkənin yeni hökuməti tərəfindən daxili işlər naziri vəzifəsinə təyin olunmuş Kolom Kepenekyanın namizədliyini özü irəli sürüb.

2014-ci ildən etibarən Kepenekyan Lyon Bələdiyyə Başçısının mədəni və böyük tədbirlər məsələləri üzrə birinci müavini idi.

Erməni xadimi 1949-cu il oktyabrın 9-da anadan olmuşdur.

Kepenekyan Fransadakı erməni icmasının aktiv xadimlərindəndir və Lyon şəhərinin “Bulukyan fondu” şurasını üzvüdür.

Fransa KİV-ləri yazır ki, Kepenekyanın erməni mədəniyyəti ilə çox bağlıdır və şəhərin inkişaf işlərində aktiv şəkildə iştirak etmişdir.

Daha çox göstər
Back to top button