Valentina Matvienko: Ermənistan Rusiyanın strateji tərəfdaşı olub və olmağa davam edir
Rusiya Federal Şurası Ermənistanla əlaqələrinin dinamik inkişafından və ikitərəfli münasibətlərini genişləndirən iki ölkə rəhbərlərinin siyasi dialoqundan məmnundur. Bu haqda Rusiya Federasiyasında olan Ermənistan Parlamentinin sədri Ara Babloyan ilə görüşdə RF Federal Şurasının sədri Valentina Mativenko bildirib.
“Ölkə rəhbərlərimiz çox tez-tez görüşürlər və konkret məsələləri həll edirlər. Bundan başlqa iki ölkənin sıx əməkdaşlığı nəticəsində həmçinin parlamentlərarası əməkdaşlıq üçün yeni yanaşmalar formallaşdırılır. Ermənistan Rusiyanın strateji tərəfdaşı olub və olmağa davam edir. Ermənistanla həm ikitərəfli, həm də integrasiya platformlarda güclü əməkdaşlığımız var. Bu baxımdan Rusiya Ermənistanın etibarlı tərəfdaşıdır”,-deyə Matvienko qeyd edib.