Ekonomika

ABŞ Ermənistana iş yerləri yaradmaqda kömək etmək istəyir

Amerika Birləşmiş Ştatları ilə iqtisadi münasibətlərində Ermənistanda yeni iş yerlərinin yaradılmasına vurğu etmək istəyir. Bunu “Amerikanın səsi” ilə müsahibəsində Ermənistanda ABŞ keçmiş səfiri Piter Tomsen deyib.

“Əvvəlcə də biz Ermənistana humanitar kömək verməkdən iqtisadi inkişaf planlarının icra edilməsinə keçmək istəyirdik, üçüncü etapda isə ticarət və investisiyalar edəcəyik və bununla iş yerləri yaradılacaq”, -deyə o qeyd etdi.

Səfir Tomsenin sözlərinə görə, bu gün Ermənistan və Birləşmiş Ştatları üçüncü etapa keçir, ABŞ-dan kömək azalır, amma bunun yerinə Ermənistanda yeni istehsalları yaratacaq Amerikan investisiyalar gəlir. Bununla bağlı Amerikalı keçmiş diplomat  ABŞ-da Ermənistan səfiri Qriqor Hovhannisyanın fəaliyyətini vurğulayır, o, son zamanlarda Kaliforniyadakı aparıcı şirkətləri ziyarət edib.

“Bu möhtəşəm diplomatiya nümünəsidir. O, Google, Microsoft-u və başqalarını Ermənistana gətirməyə cəhd edir”, -deyə o qeyd etdi.

Səfirin sözlərinə görə, İqtisadi məsələlərdən başqa Ermənistana siyasi, əvvəlcə ölkədə demokratiya və insan hüquqları müdafiəsi ilə bağlı məsələləri nizamlamaq lazımdır.

“Bütün prezidentlər o cümlədən Serj Sarkisyan çox yaxşı insanlar və məhsuldar liderlərdir. Mən Serj Sarkisyana çox hörmət edirəm. Amma vaxt gəlir ki, miqdar dəyişiklilərindən keyfiyyət dəyişikliklərinə keçmək lazımdır”, -deyə o qeyd etdi.

Daha çox göstər
Back to top button