İctimaiyyət

Azərbaycanda qızıl hasilatı 31 faiz azalıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti bu ilin II rübündə Gədəbəy rayonu ərazisində 12 140 unsiya qızıl, 45 718 unsiya gümüş və 716 ton mis hasil edib.
Bu ilin ilk yarısında isə şirkət qızıl hasilatını ötən ilin analoji dövrü ilə müqayisədə 31% azaldıb və 23 218 unsiya qızıl hasil edib.

Daha çox göstər
Back to top button