Ermənistana gələn turistlərin sayı görünməmiş sayda artıb
2017-ci ilin birinci rübündə Ermənistana gələn turistlərin sayı 18.2 faiz artıb. Ermənistana ən çox Rusiya, Gürcüstan və İrandan gəlirlər. Bu haqda Turizm üzrə Dövlət Komitəsinin sədri Zarmine Zeytuntsyan bildirib.
“2017-ci ilin birinci rübündə Ermənistana 298 min 533 turist gəlib. Bu bizim üçün əlbəttə çoxdur. Ermənistanda turistlərin sayı ilə Rusiya, İran və Gürcüstan aparıcı yerdədirlər. Türkmənistandan 132 faiz, Özbəkistandan təxminən 200 faiz artım var. İraqdan, Kanadan və İspanyadan gələn turistlərin sayı da artıb” –deyə Zarmine Zeytuntsyan qeyd edib.
Onun sözlərinə görə, bu ilin turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 27.7 faiz artıb.
“Oktyabır ayında işlədiyimiz əsas hədəf bazarları Rusiya,İran, Qərbi Avropaya ,Almaniya, Fars körfəzi ölkələrinə birbaşa uçuşlar olan ölkələrin daxili nazarları qeyd olunub”- deyə Zeytuntsyan qeyd etdi. O, əlavə etdi ki, bu ildə Çin, Yaponiya kimi digər bazarlarına maraq göstəriblər. Sərhəd keçid məntəqələrindən verilən məlumatlar görə, 2017-ci ilin ilk 6 aylarında Ermənistana 1 milyon 350 min 791 turist gəlib. Bu göstərci ötən ilin analoji dövrü ilə müqayisədə 24.3 faiz artıb.